Bayden “NATO ilə Rusiya arasında birbaşa qarşıdurma Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq”
    • 12-03-2022, 00:20
    • 1 176

Bayden “NATO ilə Rusiya arasında birbaşa qarşıdurma Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq”

“ABŞ Ukraynada Rusiyaya qarşı hərbi əməliyyatlara başlamaq fikrində deyil”.

News24.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.

Amerika lideri vurğulayıb ki, NATO ilə Rusiya arasında birbaşa qarşıdurma Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq:

“Ancaq biz Avropadakı müttəfiqlərlə çiyin-çiyinə dayanmağa davam edəcəyik və aydın mesaj göndərəcəyik: biz NATO ərazisinin hər qarışını tam gücümüzlə - birləşərək və yeni NATO enerjisi nümayiş etdirərək müdafiə edəcəyik”. /Report.az/