Axtarışda olan 26 nəfər saxlanılıb
    • 23-02-2019, 11:13
    • 646

Axtarışda olan 26 nəfər saxlanılıb

Fevral ayının 22-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, espublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 18 cinayətin  üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.