Həftəsonu 47 cinayətin üstü açılıb
    • 25-02-2019, 11:08
    • 873

Həftəsonu 47 cinayətin üstü açılıb

Fevral ayının 23-dən 25-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

 DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 47 cinayətin  üstü “isti izlər”lə açılıb.
 
Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 5 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.