-
- 17-06-2023, 12:20
- 711
Bakıda atadan qızına qarşı inanılmaz hərəkət – Burnunu sındırdı
Bakıda gənc qız valideyninin zorakılığına məruz qalıb. Belə ki, atası ona başı ilə zərbə endirərək burnunu sındırıb.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu qəsəbəsi 2 Aprel küçəsində baş verib. Spirtli içki aludəçisi olan 1970-ci il təvəllüdlü S.Qarayev qızına qəfil zərbə endirib. Nəticədə gənc qız ciddi xəsarət alıb, burnu bir neçə yerdən qırılıb.
Bildirilir ki, hadisədən əvvəl S.Qarayev həyat yoldaşı ilə mübahisə edib. Daha sonra qızı atasına yaxınlaşaraq münaqişə yaratdığı üçün ona iradını bildirib. Qızının iradından qəzəblənən ata ona zərbə endirib. Xəsarət alan qıza tibbi yardım göstərilib.
Faktla bağlı S.Qarayev barəsində Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə iş açılıb. Işin materiallarına rayon məhkəməsində baxılıb.
Hakim Mirheydər Zeynalovun sdərliyi ilə keçirilən proses iyunun 2-də başa çatıb. Qızına xəsarətlər yetirən ataya 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 53 yaşlı kişinin üzərinə elektron nəzarət cihazı yerləşdirilib.
Taleh BAĞIROV