-
- 17-06-2023, 15:14
- 379
“Avto Lizinq Azərbaycan” Qarabağda 1 500-dək avtomobilə xidmət göstərəcək
Prezident İlham Əliyev və Rusiyanın Tatarıstan bölgəsinin rəisi Rüstəm Minnixanovun iştirakı ilə bu gün “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında açılışı olmuş Azərbaycan-Rusiya birgə müəssisəsi “Avto Lizinq Azərbaycan” MMC işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstərəcək.
News24.az xəbər verir ki, bunun üçün şirkət sənaye parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradıb.
Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Burada texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi və xidməti otaqlar yaradılıb. Texniki təmir emalatxanasında mühərriklərin və digər aqreqatların, elektrik avadanlıqlarının, pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxili yanma mühərriklərinin yuyulması məntəqəsi fəaliyyət göstərəcək.
Mərkəzdə həmçinin mehmanxana, ehtiyat hissələri mağazası və digər xidmət sahələri istifadəyə verilib. Bununla yanaşı, Mərkəzdə mobil təmir və texniki servis briqadaları da fəaliyyət göstərəcək ki, bu da işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan bütün texnikalara yerində xidmət göstərməyə imkan yaradacaq.
Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsinə də töhfə verəcək.