Makrona sui-qəsd edən şəxs həbs olunub
    • 17-06-2023, 18:42
    • 234

Makrona sui-qəsd edən şəxs həbs olunub

Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları prezident Emmanuel Makrona sui-qəsd cəhdində şübhəli bilinən radikal fəalı (kişi-red) saxlayıblar.

Bu barədə News24.az   “Report”a istinadən xəbər verir.

"Ultrasolçu solçu fəal istintaqa cəlb edilib və həbs olunub. O, apreldə respublika prezidentinin həyatına qəsd etməkdə ittiham olunur", - nəşr yazır.

Məlumata görə, söhbət aprelin 27-də Fransa liderinin ölkədə quldarlığın ləğvinin 175-ci ildönümü münasibətilə Dub departamentinə səfəri zamanı baş vermiş insidentdən gedir. Prezidentin iştirakı ilə keçirilən tədbir bir neçə gün əvvəl məlum olub və əraziyə onun siyasətinin, xüsusən də pensiya islahatının əleyhdarları toplaşıb. Etirazçılar hətta kordonu yarmağa çalışıblar, jandarmlar gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Tədbir bitdikdən sonra 20 yaşlı solçu fəal Makronun gedişi zamanı helikopterə tüstü bombası atıb. Təhqiqat nəticəsində hadisəni törədənin şəxsiyyəti müəyyən edilib, o, sonra evində saxlanılaraq istintaqa təhvil verilib.

Antiterror prokurorluğu ona üç maddə üzrə ittiham irəli sürüb: jandarm helikopterini məhv etməyə cəhd, təhlükəsizlik əməkdaşlarının həyatına və dövlət başçısının həyatına qəsd.

Saxlanılan şəxs əməlini inkar etməyib və ölkə sakinlərinin onun siyasəti ilə razılaşmadığını bu yolla Makrona başa salmaq istədiyini bildirib. Qəzet yazır ki, prokurorluq məhkəmə prosesinin davam etdiyi müddətdə cinayətkarın həbsdə saxlanmasında israrlıdır, ondan psixiatrik müayinədən də keçmək tələb olunur.