Təbii fəlakət Gəncədə fəsadlar törətdi
    • 18-06-2023, 14:23
    • 229

Təbii fəlakət Gəncədə fəsadlar törətdi

Qərb bölgəsinin dağlıq rayonlarında və Gəncə şəhərlərində hökm sürən qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib.

News24.az xəbər verir ki, bu gün saat 13:30 radələrində güclü yağış yağıb.

Nəticədə bir neçə küçəyə sel gəlib, bəzi küçələrdə avtomobillərin və insanların hərəkətində çətinliklər yaranıb. Hazırda yağış davam edir.

Qeyd edək ki, Qərb bölgəsini əhatə edən rayonlarda yağışlı hava şəraiti davam edir.