Dəyişməyəcək fəsillər, dünya oxundan çıxsa da... - NASA
    • 19-06-2023, 12:13
    • 666

Dəyişməyəcək fəsillər, dünya oxundan çıxsa da... - NASA

Qrunt sularının həddindən artıq istehlakı nəticəsində Yerin fırlanma oxunun 20 il ərzində 80 sm şərqə doğru dəyişdiyi məlum olub.

News24.az xəbər verir ki, bunu Amerika Geofizika İttifaqının tədqiqatçıları apardıqları araşdırmaya əsasən bildiriblər.

Araşdırmaya əsasən tədqiqatçılar, müəyyən ediblər ki, qrunt sularının təsiri olmadan belə bir dəyişikliyin mümkün olmayacaq. Bunun üçün yerin altından ən azı 2 trilyon ton su quruyaraq çəkilib.

Qrunt sularından içməli və kənd təsərrüfatının suvarılması kimi məqsədlər üçün istifadə olunur. Mütəxəssislər sudan istifadənin Yer kürəsinin hərəkətinə necə təsir etdiyini belə izah edirlər: “Planetdə suyun paylanması çəkinin necə paylanmasına təsir edir. Su hərəkət etdikcə Yer bir az fərqli fırlanır”.

Məlumata görə, tədqiqat 1993-2010-cu illər arasında aparılan ölçmələrə əsaslanıb. Tədqiqata rəhbərlik edən Seul Milli Universitetinin geofiziki Ki-Veon Seo bildirib ki, bu, yeraltı suların səpələnməsinin şimal qütbünün yerdəyişməsinə təsir etdiyini sübut edir. Cənubi Koreyalı alim əlavə edib ki, Yerin fırlanma qütbü əslində çox dəyişkəndir. İlk dəfə 2016-cı ildə suyun əslində Yerin fırlanmasını dəyişdirə biləcəyi aşkar edilib, lakin qrunt sularının buna təsiri indiyədək müşahidə olunmayıb. Digər tərəfdən, Yer oxundakı yerdəyişmənin fəsillərə təsir edib-etməyəcəyi ilə bağlı açıqlama verən NASA bildirib ki, fırlanma oxu ildə bir neçə metr dəyişir. Qrunt sularından qaynaqlanan dəyişiklik isə fəsillərin dəyişməsinə səbəb olmayacaq./publika/