Bu ölkələrin “Eurovision 2019” təmsilçiləri bəlli oldu – SİYAHI - VİDEO
    • 4-03-2019, 13:55
    • 726

Bu ölkələrin “Eurovision 2019” təmsilçiləri bəlli oldu – SİYAHI - VİDEO

“Eurovision 2019”da iştirak edəcək daha bir neçə ölkənin təmsilçisi bəlli olub.

News24.az xəbər verir ki, Gürcüstanı təmsil edəcək ifaçının kimliyi ötən gecə saatlarında açıqlanıb. Bu, Oto Nemsadzedir.

O, 234,383 min səsin 44,13 faizini toplaya bilib. İfaçı “Sul tsin iare” adlı mahnısı ilə müsabiqəsinin 1-ci yarımfinalında çıxış edəcək.

Serbiyanın təmsilçi isə Nevena Bozoviçdir. 11 rəqibinə qalib gələn Bozoviç “Kruna” adlı mahnı ilə 1-ci yarımfinalda səhnəyə çıxacaq.

Portuqaliyanı təmsil edəcək musiqiçi Konan Osirisdir. İfaçı milli seçim turunda sms səsverməsində üstünlük əldə edib.

DarudSebastian Rejman Finlandiyanın təmsil edəcəklər. Müsabiqədə onların çıxış edəcəyi mahnı 3 bəstə arasından seçilib.

Moldovanı Anna Odobescu təmsil edəcək. Seçimlərdə yüksək səs toplayan təmsilçi “Stay” (Qal) adlı mahn oxuyacaq.

İslandiyadan mahnı müsabiqəsinə “Hatari” qrupu qatılacaq. Rok qrup “Hatrið Mun Sigra” (Nifrət üstünlük təşkil edir) adlı mahnını ifa edəcək.

Norveç də artıq öz təmsilçisini açıqlayıb. Bu, “KEiiNO” qrupudur. “KEiiNO” milli seçim turunda 10 rəqib arasında qalib gəlməyi bacarıb.

Teymur MƏMMƏDOV