Naxçıvanda yüksək vəzifəyə təyin olunan qadın KİMDİR?
    • 19-06-2023, 15:36
    • 298

Naxçıvanda yüksək vəzifəyə təyin olunan qadın KİMDİR?

Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin direktor müavini - baş həkim təyin olunub.

News24.az "Report"-a istinadən xəbər verir ki, bu barədə muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, K.Məmmədova 1969-cu ildə Naxçıvanda anadan olub. Naxçıvan şəhər 5 nömrəli məktəbdə təhsil alıb.

Rusiyanın İrkutsk Dövlət Tibb Universitetini bitirib. O, Türkiyə, İsrail və Rusiya universitet və xəstəxanalarında çalışıb, doğum və cərrahiyə üzrə ixtisasartırma kursları keçib.