-
- 23-02-2019, 14:44
- 3 648
Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə Xətai Rayon Polis İdarəsində anım mərasimi keçirilib - FOTO
Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə Xətai Rayon Polis İdarəsi rəhbərliyinin təşkilatçılığı ilə idarənin inzibati binasında anım mərasimi keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, tədbirdən əvvəl idarənin şəxsi heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə təşkil olunan və həmin dəhşətli gecəni özündə əks etdirən foto stendə baxış keçirərək faciə qurbanlarını anıblar. Anım mərasimi Xocalı faciəsi qurbanları və Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Muradalı Babayev Xocalı soyqırımının bəşər tarixində baş vermiş ən faciəvi hadisələrdən biri olduğunu deyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb.
İdarə rəisi bildirib ki, Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb.
Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Rəis Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildən başladılmış “Xocalıya Ədalət” təbliğat-informasiya kampaniyasının rolunun böyük olduğunu bildirib.
Tədbirdə çıxış edən Xətai RPİ-nin veteranlar şurasının üzvləri vurğulayıblar ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.
Sonda qeyd edilib ki, Xocalı hadisələrinə tarixi qiymət Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 1 mart 1994-cü ildə imzaladığı xüsusi fərmandan sonra verilib. 25 fevral 1997-ci ildə isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” fərman imzalanıb. Milli Məclisinin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara müraciətlər edilib.