BNA-da Xocalı soyqırımı ilə bağlı anım tədbiri KEÇİRİLDİ
    • 26-02-2020, 12:14
    • 925

BNA-da Xocalı soyqırımı ilə bağlı anım tədbiri KEÇİRİLDİ

Bakı Nəqliyyat Agentliyində Xocalı soyqırımının 28–ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Agentliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, anım tədbirində XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı barədə fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində Erməni vandallarının Xocalıda törətdiyi vəhşiliklərə siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

2009-cu ildən İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir.

Dünyanın 16 ölkəsinin parlamenti və eləcə də İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan qərar qəbul edib.

Təbdir çərçivəsində Erməni vandallarının Xocalıda dinc insanlara qarşı törətdiyi vəhşliyi özündə əks etdirən “Sonsuz dəhliz” filmi izlənilib.