Növbəti köç karvanı Laçına çatıb - VİDEO
    • 19-06-2023, 16:57
    • 267

Növbəti köç karvanı Laçına çatıb - VİDEO

Bu gün növbəti köç karvanı Laçın şəhərinə çatıb.

News24.az “Report”a istinadən xəbər verir ki, şəhərin girişində Həkəri çayın üzərində Laçına köçürülən növbəti ailələrin qarşılanma mərasimi keçirilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Bu mərhələdə Laçın şəhərinə 44 nəfərdən ibarət 13 ailənin köçürülməsi baş tutub.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da, Laçın şəhərində 55 ailə, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib.