-
- 19-06-2023, 17:48
- 366
Gənclərin qəfil ölümü... - Səbəb vaksindir?
İki media nümayəndəsi - jurnalist Zülfüqar Hüseynzadə və operator Tural Qasımovun qəfil vəfatı ürək xəstəliklərinin son zamanlar gəncləşdiyi mövzusunu bir daha gündəmə gətirdi.
Ümumiyyətlə, son zamanlar gənclərin ürək tutmasından vəfat etməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik.
Bəs, ürək xəstəliklərinin gənclər arasında artmasının səbəbi nədir?
Mövzu ilə bağlı News24.az-a danışan kardioloq Zöhrab Sultanov bildirib ki, ürək xəstəliklərinin bir çox səbəbi ola bilər: "Gənclərin ürək tutmasından vəfatının başlıca səbəbi stress və sağlam qidalanmamalarıdır.
Sağlam qidalanmayan insanların qanında xolesterinin miqdarı artır. Nəticədə də damarlarda kirəçləşmə, tıxanmalar yaranır. Bu da sonda ürəyin işemik xəstəliyinə gətirib çıxarır.
Ürək-damar xəstəliklərinin cavanlarda daha çox rastlanması isə onların yaşlılara nisbətən daha fəal həyat keçirmələri ilə bağlıdır. Onların ani, sərt hərəkətində tıxanmış damarlar orqanizmi qanla təmin edə bilmir. Bu da qəfil ölümə gətirib çıxarır.
Bu qəfil ölümlərin bir səbəbi də vaxtında həkimə müraciət etməməklə bağlıdır. İnsanlar kəskin ağrı olmasa, həkimə müraciət etmək istəmir".
Kardioloq ürək xəstəliklərinin cavanlaşmasının koronavirus əleyhinə vaksinlə əlaqədar olması fikirlərinə də aydınlıq gətirib: "Hansı infeksiyaya qarşı vaksin vurulursa, həmin infeksiyaya qarşı immunitet formalaşır. Sözügedən vaksininin orqanizmdə belə bir problem əmələ gətirməsinin isə ümumiyyətlə, bu xəstəliklə əlaqəsi yoxdur. Koronavirus əleyhinə vaksindən əvvəl də insanlara peyvəndlər vurulub".
Qumral ƏLİYEVA