Ürək xəstəliyi olanların diqqətinə!
    • 6-08-2022, 13:17
    • 641

Ürək xəstəliyi olanların diqqətinə!

Rütubətli isti hava ürək xəstəliklərinin yaranmasında əsas rol oynayır.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, yay aylarında insanlarda ürək xəstəliklərinin yaranması daha sıx görünür. Bu barədə professor Merih Kutlu bildirib.

“İstiliklə mübarizə aparmaq üçün orqanizmdə bəzi mexanizmlər çalışmağa başlayır. Lakin bu, ürək xəstəliklərinin yaranmasına zəmin yaradır. Çünki xarici mühitdən gələn istiliyi dəridə balanslaşdıran qan dövranıdır. Soyuq havada qan damarları büzüşür və bədənin istiliyi itirməsinin qarşısını alır. Yayda isə havanın isti olması səbəbilə qan damarları genişlənir, tər yaranır və bədəndəki istilik azalmağa başlayır. Ürək isə bədəndəki istiliyi qoruyub saxlamaq üçün damarlara daha çox qan, amma böyrək, beyin kimi orqanlara az qan göndərir. Bu hal təzyiq, ürəyində hər hansı bir problem olan şəxslərdə ciddi ürək xəstəlikləri yarada bilir” – deyə, professor qeyd edib.

M.Kutlu ürək xəstəlikləri olan şəxslərin isti havada zəruri olmadığı halda çölə çıxmamasını0 məsləhət görüb.

Vüsalə Babaşova