Maksim Fadeyev: “Səhnədə qulaqlarım tutulur” - VİDEO
    • 23-02-2019, 15:45
    • 980

Maksim Fadeyev: “Səhnədə qulaqlarım tutulur” - VİDEO

Rusiyalı bəstəkar-müğənni və prodüser Maksim Fadeyev 25 illik fasilədən sonra əvvəl Moskvada, ardından isə Bakıda konsert proqramı ilə çıxış edib.

News24.az xəbər verir ki, M.Fadeyev Bakı konsertinin təşkilatçısı “BEAT Group” vasitəsilə barədə hisslərini bölüşüb:
“İyirmi beş il oxumadım və səhnə arxasında dayanaraq dostlarımın çıxışlarını izlədim. Səhnədə qulaqlarım tutulur, heç nə eşitmirəm. Avadanlıqların sayəsində ifa edə bilirəm. Əgər onları söndürsələr, oxumağı dayandıracağam. Ona görə də bu konsert mənim üçün çətindir. Düşünün ki, eşitmədən ifa edirsiniz... Bakı səhnəsində möhtəşəm hisslər keçirdim. Azərbaycan məni təsirləndirdi. Zal və insanlar çox isti idi. Mən sovet insanıyam. Ona görə də Azərbaycan hər zaman mənim evim olub və olacaq!  Azərbaycana çiçəklənməyi arzu edirəm! Qoy, övladlarınız aydın səmanın altında rahat yaşaşın! Xoşbəxt olun! Allah sizi qorusun!"

Teymur MƏMMƏDOV