-
- 20-06-2023, 15:02
- 388
Qarabağı Köçəryan qurban verdi: qəbul edilmiş bütün sənədlər...
“Qarabağın danışıqlar prosesindən çıxarılması Robert Köçəryanın təşəbbüsü ilə baş tutub. Bunu ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan və Robert Köçəryanın özü “Qolos Armenii” qəzetinin 3 aprel 2004-cü il sayında oxucuların suallarını cavablandırarkən deyiblər”.
News24.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran parlament komissiyasının iclasında çıxışı zamanı deyib.
“Robert Köçəryan prezident olduğu dövrdə qəbul edilmiş bütün sənədlər Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini, eləcə də Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini, lakin ərazi bütövlüyü prinsipinə riayət edilməsini nəzərdə tuturdu. Köçəryan 1998-ci ildə keçirilən prezident seçkilərində saxtakarlıqla qalib gəldi və qeyri-legitim dövlət başçısı postunu tutdu. Köçəryan Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmış statusunu özünə legitimlik əldə etmək, eləcə də beynəlxalq ictimaiyyətin Ermənistanda hakimiyyətin qəsb edilməsinə göz yumması üçün qurban verdi. 1998-ci ilin noyabrında ATƏT-in Minsk qrupu nəinki Ermənistan və Azərbaycanı, həm də Dağlıq Qarabağı təqdim etdilər. Həmin vaxt Köçəryan 5 ay Ermənistanın prezidenti olub, lakin bu, həmsədrlərin DQ-yə təqdim etdikləri sonuncu paket olub, ondan sonra heç bir paket DQ-yə təqdim olunmayıb”, - Paşinyan bildirib.
Akqabay