Köçəryan Paşinyanı MƏHKƏMƏYƏ VERDİ
    • 8-04-2021, 14:39
    • 502

Köçəryan Paşinyanı MƏHKƏMƏYƏ VERDİ

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkənin Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.

News24.az
RİA-ya istinadən xəbər verir ki, bu, barədə Ermənistanın məhkəmə-məlumat saytında dərc olunub. Bildirilir ki, R.Köçəryan Paşinyandan ona qarşı ifadələri açıq şəkildə təkzib etməsini və 4 milyon dram (təxminən 8 min dollar) məbləğində təzminat ödəməsini tələb edir.

Rober Köçəryanın vəkili vurğulayıb ki, təkzib Baş nazirin 1 mart 2021-ci il tarixli açıqlamasına görə edilməlidir.