Köçəryan əməliyyat olundu
    • 12-05-2020, 11:22
    • 825

Köçəryan əməliyyat olundu

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Yerevandakı İzmirlyan tibb mərkəzində əməliyyat olunub.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki,  Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu gün səhər əməliyyat edilib və vəziyyəti qənaətbəxşdir. Onun davamlı tibbi nəzarət altında saxlanıldığı vurğulandı.

R.Köçəryanın əməliyyat səbəbi açıqlanmır.

Qeyd edək ki, sabiq prezident 2019-cu ilin oktyabrında daha bir əməliyyat keçirib.