Azad edilmiş ərazilərə neçə min vətəndaş köçürüləcək? —  AÇIQLAMA
    • 21-06-2023, 13:25
    • 181

Azad edilmiş ərazilərə neçə min vətəndaş köçürüləcək? — AÇIQLAMA

Azad edilmiş ərazilərə 140 minə yaxın vətəndaşın köçü planlaşdırılıb.

News24.az xəbər verir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirində panel çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, işğaldan azad olunan ərazilərdə özəl sektorunun fəaliyyəti üçün güzəşətlər müəyyən edilib.

"Bu bizim yaratdığımız stimullaşdırma paketidir. 140 minə yaxın vətəndaşın o ərazilərə köçməsi planlaşdırılıb. Köç edən vətəndaşlarımıza peşə hazırlığı çərçivəsində təlim proqramları tətbiq edilir. 7-10 min şəxsə bilik və bacarıqlar aşılamalıyıq. Güzəştlər imkan yaradır ki, bilik və bacarıqlı insanlar oraya gedərək biznes qurmağa can atsın",- deyə nazir əlavə edib.