Bayram namazı nə vaxt elan ediləcək? — AÇIQLAMA
    • 21-06-2023, 15:15
    • 163

Bayram namazı nə vaxt elan ediləcək? — AÇIQLAMA

Qurban bayramı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətva ilə bayram namazı və digər məsələlər elan ediləcək.

News24.az xəbər verir ki, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

“İnanıram ki, QMİ-nin verdiyi bu fətvaya bütün məscidlərdə bütün imamlar tərəfindən əməl olunacaq. Bu istiqamətdə Dini Komitə üzərinə düşən vəzifələri lazımı səviyyədə yerinə yetirəcək”, - Dövlət Komitəsinin sədri qeyd edib.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı 28, 29 iyunda qeyd ediləcək.