-
- 22-06-2023, 09:18
- 266
Yoxa çıxan "Titan" sualtı qayığında oksigenin bitəcəyi saat AÇIQLANDI
Atlantik okeanında yoxa çıxan "Titan" sualtı qayığında oksigen təchizatı bu gün ABŞ-ın şərq sahili vaxtı ilə saat 07:08-də (Bakı vaxtı ilə 15:08) bitəcək.
News24.az xəbər verir ki, sualtı qayıqda turistləri yalnız 96 saat ərzində oksigenlə təmin etmək mümkündür.
Lakin ekspertlər qeyd edirlər ki, nəzəri olaraq qayığın göyərtəsində olanlar oksigen istehlakını azalda bilərlər. Bu da oksigen ehtiyatlarından istifadə müddətini uzatmağa imkan yarada bilər.
Bildirilib ki, Atlantik okeanında axtarış-xilasetmə əməliyyatlarının sahəsi böyüyür və ərazisi 14,3 min kvadratmetrdən çox olan ABŞ-ın Konnektikut ştatından artıq iki dəfədən çoxdur.
Axtarışlar 4 km-ə qədər dərinlikdə aparılır. Əməliyyatda batiskafın yerini müəyyən etmək üçün nəzərdə tutulmuş bir neçə gəmi, eləcə də bir neçə avtonom sualtı maşın iştirak edir. /NBC/