NATO-nun baş katibi kim olacaq? - DETALLAR
    • 22-06-2023, 13:44
    • 266

NATO-nun baş katibi kim olacaq? - DETALLAR

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles NATO-nun növbəti baş katibi olmaqdan imtina edib.

News24.az xəbər verir ki, “The Economist”ə müsahibəsində Uolles ABŞ-ın hazırkı baş katib Yens Stoltenberqin daha bir il vəzifəsində qalmasını istədiyini düşündüyünü bildirib.

Stoltenberq doqquz il hərbi alyansa rəhbərlik etdikdən sonra sentyabrda istefa verməlidir, lakin NATO üzvləri iyulda Litva sammiti ərəfəsində onu əvəzləmək barədə qərar verməyə çalışırlar.

Uolles Ukraynanı dəstəkləməkdə oynadığı rola görə bu vəzifə üçün nəzərdə tutulmuşdu, baş nazir Rişi Sunak isə müdafiə nazirini dəstəkləyib.

Ancaq bu rol pərdə arxasında müəyyən edilir. Bəzi Aİ liderlərinin, o cümlədən Fransa prezidenti Emmanuel Makronun bu rola Aİ üzvü olmayan namizədi qəbul etmək istəmədiyi bildirilir.

Həmçinin hesab edilir ki, ABŞ-ın Uolleslə bağlı şübhələri var. “The Economist”-ə verdiyi müsahibədə Uolles ABŞ-ın Stoltenberqin daha yüksək səviyyəli siyasətçi ilə əvəzlənməsini istədiyini söyləyib. “Bəlkə də onlara baş nazir lazımdır”, - deyə o qeyd edib..

O, xəbərdarlıq edib ki, kim bu vəzifəni tutsa, “NATO-da bir çox həll olunmamış problemlə” məşğul olacaq və onlar “həm Makronu, həm də Baydeni razı salmalı olacaqlar”.

Akqabay