Varşavada soydaşımızın meyiti tapıldı
    • 22-06-2023, 14:10
    • 460

Varşavada soydaşımızın meyiti tapıldı

Varşava şəhərində yaşayan azərbaycanlı Yusif Həsənovun meyiti tapılıb.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, soydaşımızın meyiti göldən tapılıb:

“Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk”.
Qeyd edək  ki, Y.Həsənov bir gün əvvəl itkin düşüb.