Xersonda subasma nəticəsində 46 nəfər öldü
    • 22-06-2023, 14:13
    • 135

Xersonda subasma nəticəsində 46 nəfər öldü

Xerson vilayətində Kaxovskaya su elektrik stansiyasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb. 

News24.az xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinə məlumat verilib.

"Xerson vilayətində Kaxovskaya su elektrik stansiyasının partlaması nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb. 122 nəfər xəsarət alıb, hipotermiya və digər xəsarətlərlə xəstəxanalara aparılıb".

Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edib. Hadisə nəticəsində Nova Kaxovka və digər şəhərlərdə kəndləri su basıb. Ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilib.

Qumral