“Səbail” daha bir transferini açıqladı
    • 22-06-2023, 14:30
    • 190

“Səbail” daha bir transferini açıqladı

“Səbail” daha bir transferini açıqlayıb.

News24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bahadur Həziyev heyətə cəlb olunub.

Bakılılar Birinci Diviziona düşən “Şamaxı”nın yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalayıblar. 24 yaşlı futbolçu 2020/2021 mövsümündə də “Səbail”in formasını geyinib.

Qeyd edək ki, “Səbail” yay fasiləsində buna qədər Səlahət Ağayev və Coşqun Diniyevin transferini açıqlayıb.