-
- 23-06-2023, 15:41
- 270
Aİ bu erməni şirkətinə sanksiya tətbiq etdi
Aİ-nin Rəsmi Jurnalında “Taco” MMC adı ilə qeyd olunan erməni şirkəti Avropa İttifaqının bu gün təqdim etdiyi anti-Rusiya sanksiyalar paketinə daxil edilib.
News24.azxəbər verir ki, Aİ-nin yeni sanksiyalar siyahısına 7 İran təşkilatı və şirkəti, həmçinin Çin, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri və Suriya şirkətləri də daxil edilib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına iki erməni şirkəti daxildir: yuxarıda adı çəkilən “Taco” və “Milur Electronics”. Sanksiyalarla bağlı yayılan məlumata görə, bu iki şirkət elektronikanın topdan satışı ilə məşğuldur. “Taco” Rusiyanın elektronika dileri “Radioavtomatika” ilə, “Milur” isə Rusiyanın “Milandr” inteqral sxem dizayn şirkəti ilə əməkdaşlıq edir.
Akqabay