Moskvada antiterror tədbirləri
    • 24-06-2023, 09:15
    • 170

Moskvada antiterror tədbirləri

Moskva şəhərinin meri Sergey Sobyanin terrorla mübarizə çərçivəsində paytaxtda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.

News24.az xəbər verir ki, o bu barədə "Telegram" kanalında məlumat yayıb.

"Daxil olan məlumatlarla əlaqədar olaraq, Moskvada təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirilir. Yollarda əlavə nəzarət tətbiq edilib. Kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırıla bilər" - deyə Sobyanin qeyd edib. /RT/