Moskva merindən xəbərdarlıq: “Şəhərə çıxmayın!”
    • 24-06-2023, 19:44
    • 160

Moskva merindən xəbərdarlıq: “Şəhərə çıxmayın!”

“Hörmətli vətəndaşlar, Moskvada antiterror əməliyyatı rejimi elan edilib. Vəziyyət çətindir. Riskləri minimuma endirmək üçün mən operativ qərargah çərçivəsində bazar ertəsi gününü qeyri-iş günü elan etmək qərarına gəldim”.

News24.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin açıqlayıb

“Sizdən xahiş edirəm ki, mümkün qədər şəhəri gəzməkdən çəkinəsiniz. Müəyyən məhəllələrdə və müəyyən yollarda nəqliyyatın hərəkətinin məhdudlaşdırılması mümkündür”, – deyə Moskva meri bildirib./globalinfo/