Moskvada biznes mərkəzi yanır
    • 3-06-2022, 11:42
    • 258

Moskvada biznes mərkəzi yanır

Moskvada “Qrand Setun Plaza” biznes mərkəzi yanır.

News24.az xəbər verir ki, Qorbunova küçəsində yerləşən biznes mərkəzinin damında güc yanğın baş verib. Hazırda yanğın yerinə çoxlu sayda yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Rusiyanın telegram kanalları yanğının baş verdiyi binada onlarla insanın olduğu haqqında məlumat yayıb.

Rusiyanın fövqəladə hallar naziri Kurenkov hadisə yerinə gəlib.

Moskva meri Sergey Sobyanın biznes mərkəzindən insanların təxliyəsi barədə tapşırıq verib./Apa/