Rusiyada qəza törədən azərbaycanlı həbs edilib
    • 25-02-2019, 15:44
    • 889

Rusiyada qəza törədən azərbaycanlı həbs edilib

Rusiya Federasiyasının Sankt Peterburq şəhərində ölənlərin və yaralananların olduğu bir avtomobil qəzası ilə əlaqədar azərbaycanlı Murad Qasımov barəsində məhkəmə tərəfindən 2ay müddətində həbs qətimkan tədbiri seçilib.

Onun vəkili məhkəmə iclasında M.Qasımovun baş verənlərdən peşman olduğunu bildirib. Vəkil zərərçəkənlərə təzminat ödəmək üçün yaxın zamanlarda əllərindən gələni edəcəklərini bildirib.
Məhkəmədə tərcüməçi ilə təmin edilən M.Qasımov yalnız Rusiya vətəndaşlığı olduğunu qeyd etsə də, iş sənədləri arasında Azərbaycan pasportunun surəti də var.

//Report