-
- 24-06-2023, 10:40
- 285
Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə xəbərdarlıq
Ardıcıl olaraq günlərlə davam edən isti havalar meteohəssas insanlar üçün təhlükəlidir.
News24.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-kardioloqu Sevil Hüseynova deyib.
Həkim bildirib ki, xüsusilə, yaşı 50-dən yuxarı olan insanlara, siqaret çəkənlərə, artıq çəki və piylənmədən əziyyət çəkənlərə, şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri olanlara daha çox təsir edir: “İsti havada damarlar genişlənir, ürək döyüntüsü artır, qan qatılaşır, damarlarda tromblar əmələ gəlməsi riski artır. Yüksək hərarətdə istənilən fiziki aktivlik, hətta piyada gəzmək belə tərləməni və su itkisini artırır. Bu su ilə birgə lazımı mikroelementlər, minerallar, kalium, natrium, maqniy da yuyulub gedir. Bunlar isə ürəyin normal işləməsi üçün çox lazımdır. Nəticədə qan dövranın miqdarı azalır, nəbz yüksəlir, taxikardiya başlayır. Bütün bunlar ürək tutması, insult, infarkt riskini xeyli artırır”.
Həkimin sözlərinə görə, bu cür narahatlıqların ortaya çıxmaması üçün bəzi məqamlara diqqət yetirmək lazımdır:
“Bunların qarşısını almaq üçün günəşin ən qızmar vaxtlarında açıq havaya çıxmamaq (xüsusilə, saat 12-18 arası), gün ərzində çoxlu su içmək (qazlı, şirin su içmək olmaz, çox isti çay da məsləhət deyil), yağlı, duzlu və ətli yeməklərdən uzaq durmaq, spirtli içkilər qəbul etməmək, sıx alt geyimlər, sintetik parçalar istifadə etməmək məsləhətdir, başda günəş üçün papaq və ya çətirlə gəzmək lazımdır”.
Sevil Hüseynova həmçinin bildirib ki, bu cür havalarda qidalanmaya da diqqət yetirmək lazımdır:
“Yeməklərdən meyvə tərəvəzlərə, süd məhsullarına, quş ətinə üstünlük verilməlidir. Ürək-damar sisteminə müsbət təsir edən ərzaqlardan pomidor, cəfəri, moruq, qara və qırmızı üzüm, ağartı məhsulları, kətan toxumunu qeyd etmək olar. Ürək-damar, şəkər xəstəliyindən əziyyət çəkənlər dərmanlarını vaxtlı-vaxtında qəbul etməli, uzaq yola çıxdıqda isə mütləq özləri ilə götürməlidirlər. Bu sadə məqamlara əməl edərək sağlamlığınızın qayğısına qalın və qoruyun”.