Nizami Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü seçildi
    • 24-06-2023, 11:12
    • 306

Nizami Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü seçildi

Milli Məclisin deputatı Nizami Səfərov yenidən Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

News24.az xəbər verir ki, bununla bağlı "N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında" sənəd layihəsi Milli Məclisin bu gün iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası yenidən formalaşdırılır.