-
- 24-06-2023, 12:06
- 701
Lirə çökür: Şimşək hansı addımı atacaq? — Türk professor AÇIQLADI
Türkiyə lirəsi növbəti dəfə tarixi minimuma düşüb. Nazirlər Kabinetinin yeni tərkibində Mehmet Şimşəyin xəzinə və maliyyə naziri vəzifəsinə gətirilməsindən sonra lirənin güclənəcəyi gözlənilsə də, Türkiyə valyutası dəyər itirməyə davam edir. Hazırda 1 dollar 25,24 lirəyə qalxıb, avro isə 27,48 lirə olub. Lirənin ucuzlaşması iki gün əvvəl Türkiyə Mərkəzi Bankının 27 aylıq fasilədən sonra ilk dəfə faiz dərəcəsini 8,5-dən 15-ə qaldırmasının ardınca sürətlənib.
Akdeniz Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin professoru, tanınmış iqtisadçı alim Mustafa Yıldıran News24.az-a açıqlamasında bildirib ki, lirənin ucuzlaşmağa davam etməsi təməl faktorlarla bağlıdır.
Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatı xaricə açıldığı dövrdən bəri xarici kəsiri olan bir ölkədir və bu kəsir xüsusilə enerji idxalı kimi qalıcı səbəblərə görə daimi beynəlxalq valyuta tələbinə bağlıdır: “Bu, əsas amildir. Lakin Türkiyədə son vaxtlar yüksək inflyasiya milli valyutaya olan inamı sarsıtdığı üçün insanlar əmanətlərini xarici valyutada istifadə etməyə başlayıblar. Bu, ikinci vacib amildir. Həmçinin, Türkiyə iqtisadiyyatının struktur problemləri, məsələn: cari əməliyyatlar hesabının və xarici ticarət kəsirinin davam etməsi, son dövrlərdə müşahidə olunan yüksək inflyasiya xarici valyuta tələbinə təsir edən əsas amillərdir”.
Professor son bir ayda xarici valyutanın Türkiyə lirəsi qarşısında dəyər qazanmasının səbəblərini açıqlayıb: “Təxminən 1,5 ildir davam edən, daha çox tənzimləmə və xarici müdaxilələrlə, makroiqtisadi siyasətlərlə, heterodoks iqtisadi siyasətlə idarə olunan iqtisadi dövrdə valyuta sabit tutulmağa çalışıldı. Yeni idarəetmə yanaşmasında bundan imtina ediləcəyi və köhnə dövrdə olduğu kimi hər zamankı kimi ortodoks pul siyasətinin həyata keçiriləcəyi deyildiyi üçün ortaya çıxan amillərdən biri də budur. Bu siyasətə uyğun olaraq valyuta və faiz dərəcələrinə qeyri-bazar müdaxilələrinin azaldılmasına çalışılacaq. Bunun xəzinə və maliyyə naziri Mehmet Şimşək tərəfindən yeni qiymət tarazlığı qurulana qədər davam edəcəyi bildirilib. Ona görə də deyə bilərik ki, yeni dövrdə bu siyasət həyata keçirilənə qədər, yəni yeni tarazlıq qiyməti formalaşana qədər valyuta qiymətlərindəki dalğalanmalar davam edəcək”.
M.Yıldıran qeyd edib ki, qiymət dəyişkənliyində zamanla sabitlik əldə edildiyi üçün ilk olaraq valyutanın ucuzlaşacağı və zamanla sabitləşmə istiqamətində dəyişəcəyi gözlənilir: “Bunun üçün ölkədə valyutaya tələbat azalmalıdır. Türkiyədə valyuta tələbinin azalması üçün insanlar əmanətlərini türk lirəsində saxlamağa başlamalıdır. Bu vəziyyətdə, əmanətlər üzrə faiz dərəcələri inflyasiya səviyyəsindən yüksək olarsa və lirə ilə də dövriyyəyə buraxılan dövlət istiqrazları və xəzinə veksellərinin faiz dərəcələri inflyasiyadan yüksək gəlir gətirərsə, insanlar xarici valyutada əmanətləri dayandıracaq və yenidən türk lirəsi ilə saxlamağa başlayacaqlar. Burada atılacaq ilk addım kimi pul siyasətinin ortodoks siyasət əsasında köhnə dövrdə olduğu kimi davam etdiriləcəyi bildirilib. Bunlar birinci mərhələdə həyata keçirilib. İndi orta müddətli planın və investisiya planının dərhal iyul ayında açıqlanması gözlənilir.
Bunlar üç il üçün hazırlanır, üç il ərzində Türkiyədə və iqtisadiyyatında ediləcəklərin əsas elementləri burada yer alacaq. Beləliklə, hədəf artım, hədəf inflyasiya, hədəf cari kəsir kimi amillərlə ortaya çıxacaq. Atılacaq addımlarda bunlar çox vacibdir - Türkiyənin COVID dövründə təxminən 1,5 ildir həyata keçirdiyi genişləndirici fiskal siyasətdən də tədricən imtina edilməlidir. Bunun əlamətləri yavaş-yavaş görünməyə başladı. Növbəti dövrdə hökumət xərclərinin bir hissəsini ixtisar edəcək. Təbii ki, gələcəkdə özəl sektorun əmanətlərində türk lirəsinə keçməsi üçün addımlar atılması gözlənilir”.
Akqabay