Çeçen döyüşçüləri gərginlik zonalarına göndərildi — Kadırov açıqladı
    • 24-06-2023, 13:17
    • 214

Çeçen döyüşçüləri gərginlik zonalarına göndərildi — Kadırov açıqladı

"Yevgeni Priqojinin təşkil etdiyi silahlı üsyan iyrənc bir xəyanətdir və bu cür hərəkətlərə heç bir bəraət qazandırmaq olmaz".

News24.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov "Telegram" kanalında mövcud vəziyyəti şərh edərkən deyib. 

Kadırov Müdafiə Nazirliyinin və Çeçenistandakı Rusiya Qvardiyasının döyüşçülərinin artıq gərginlik zonalarına yola düşdüyünü açıqlayıb.

"Üsyan yatırılmalıdır və bunun üçün sərt tədbirlər görmək lazımdırsa, o zaman biz hazırıq!" - deyə o vurğulayıb.

Kadırov hamını Rusiya prezidenti Vladimir Putinin ətrafında birləşməyə çağırıb və dəstəyini bildirib. /Ren Tv/