Lionel Messi ad günündə 3 qol vurdu
    • 25-06-2023, 11:25
    • 98

Lionel Messi ad günündə 3 qol vurdu

Lionel Messi həmyerlisi Maksi Rodriqeslə vida matçında 3 qol vurub.

News24.az yenisabah.az-a istinadən xəbər verir ki, oyun iyunun 24-də Rosarioda, Rodriqesin karyerasının əhəmiyyətli hissəsini keçirdiyi "Newell's Old Boys" klubunun arenasında baş tutub.

Həmin gün 36 yaşı tamam olan Messi keçmiş və indiki futbolçulardan ibarət Argentina millisində çıxış edib.

O, ilk hissədə üç qol vurub və fasilədə əvəzlənib.

Oyun 7:5 hesabı ilə "Nyuells Old Boyz"un xeyrinə başa çatıb.

42 yaşlı Maksi Rodriqes İspaniyanın “Espanyol”, “Atletiko Madrid”, İngiltərənin “Liverpul”, Uruqvaylı Penyarol kimi klublarında da çıxış edib.