Tayvanda yenə güclü zəlzələ baş verdi
    • 27-04-2024, 08:30
    • 797

Tayvanda yenə güclü zəlzələ baş verdi


Tayvanda 5,6 maqnitudada zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Məlumata görə, zəlzələ ocağı 15 km dərinlikdə olub və Xualyan şəhərindən 26 km şimal-şərqdə yerləşib.

Sunami təhlükəsi, dağıntılar və ya insan tələfatı barədə xəbər verilmir.

Xatırladaq ki, son günlər Tayvanda ard-arda güclü zəlzələlər qeydə alınır./publika