Kiyevdəki xəstəxanalar boşaldıldı
    • 27-04-2024, 09:06
    • 147

Kiyevdəki xəstəxanalar boşaldıldı

Belarus DTK rəhbərinin xəstəxana binalarında hərbçilərin yerləşdirildiyini iddia etməsindən sonra Ukraynanın paytaxtı Kiyevdə iki xəstəxana boşaldılıb.

News24.az xəbər verir ki, Kiyev şəhər hökumətinin bəyanatında deyilir ki, “düşmənin bu tibb müəssisələrinə hücumunu effektiv şəkildə elan edən video internetdə geniş yayılıb”.

Bəyanatda o binalarda “xəstə uşaqların arxasında gizlənən” hərbçilərin yerləşdiyini və Rusiyanın bu obyektlərə qanuni hərbi hədəf kimi baxa biləcəyini iddia edilir.

Qeyd edək ki, Kiyev bu iddianı “mütləq yalan” adlandırıb.

Günel Məlikzadə