“Azərbaycanın elə silahları var ki, Ermənistanı yer üzündən yox edər” - Palitoloq Elçin Mirzəbəyli
    • 24-07-2018, 18:06
    • 1 191

“Azərbaycanın elə silahları var ki, Ermənistanı yer üzündən yox edər” - Palitoloq Elçin Mirzəbəyli

Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin rəhbəri Levon Mnatsakyan “lazım gələrsə Mingəçevir SES-nə dərhal zərbə endiriləcəyik” kimi fikir səsləndirib.

News24.az –ın “Bu təhdid nə dərəcədə realdır? “ sualına palitoloq Elçin Mirzəbəyli cavab verib: “Azərbaycanın silahlı qüvvələrinin tərkibində olan zenit raket qurğuları, eyni zamanda hava hücumundan müdafiə qüvvələri istənilən təhlükənin qarşısını ala bilər.


Digər tərəfdən, bizim orsenalda  olan raketlər bütövlükdə Ermənistanı yerlə yeksan edə bilər. Bu potensialın qarşısında Ermənistanın hər dəfə təhdidlə çıxış etməsi absurddur. Əslində, Azərbaycanın Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradda istifadə edilən texnika Ermənistan cəmiyyətində gərginliyin yaranmasına səbəb olub”.

E. Mirzəbəyli onu da qeyd edib ki,Paşinyan rejimi mövcud vəziyyətdən çıxış yolu kimi bəyanatlar verməklə məşğuldur.” Bu da Ermənistan cəmiyyətinin sakitləşməsinə hesablanmış mesajlardır”.- deyə qeyd edib.

Elvin Nüsrətoğlu