Bu gün “Nəriman Nərimanov”dan “Gənclik”ə gedən qatar 5 dəqiqəyə yaxın tuneldə qalıb
    • 26-02-2019, 11:10
    • 1 164

Bu gün “Nəriman Nərimanov”dan “Gənclik”ə gedən qatar 5 dəqiqəyə yaxın tuneldə qalıb

Bakı metrosunda səhər saatlarında qatarların intervalında gecikmələr yaranıb. 

News24.az-ın hadisə yerində olan əməkdaşlının verdiyi xəbərə görə, saat 09:45 radələrində İçərişəhərə gedən qatar “Nəriman Nərimanov”dan “Gənclik” stansiyasına gedərkən 5 dəqiqəyə yaxın tuneldə dayanıb.

Məsələylə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, gecikmələr stansiyalarda sərnişin sıxlığı ilə əlaqədardır: "Səhər saatlarında stansiyalarda güclü sərnişin sıxlığı müşahidə olunur. Bununla əlaqəli qatar platformadan gec çıxmaq məcburiyyətində qalır. Bu zaman arxadan gələn qatar hökmən tuneldə gözləməlidir. Qatarların intervalında gecikmənin nasazlıqla əlaqəsi yoxdur".

Şəlalə AĞAYEVA