-
- 26-06-2023, 14:16
- 313
NATO sammitində müdafiə xərclərinin artırılması qərarı qəbul ediləcək
NATO-nun iyulda keçiriləcək sammitində müdafiə xərclərinin artırılması qərarı qəbul ediləcək.
News24.az xəbər verir ki, bu barədə bu gün Vilnüsdə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Alyansın hesabatında təqdim edilən məlumatlara əsasən, Yunanıstan, ABŞ, Litva, Polşa, Böyük Britaniya, Estoniya və Latviya ötənilki müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2 faizindən çox göstərib.
“Biz öz təhlükəsizliyimizə sərmayə qoymağa davam etməliyik. Litvanın paytaxtında keçiriləcək sammitdə biz müdafiə sektoruna daha böyük sərmayələr barədə razılaşacağıq”, - Alyans rəhbəri qeyd edib.
Xatırladaq ki, NATO-ya üzv ölkələr 2014-cü ilin sentyabr ayında Uelsdə keçirilən sammitdə bütün üzv ölkələr üçün müdafiə xərclərinin ÜDM-in 2 faizi olaraq təyin etmək barədə qərar veriblər.
Bu ilin mart ayında Baş katib Alyansın fəaliyyəti ilə bağlı illik hesabatı təqdim edərək bildirmişdi ki, 30 üzv ölkədən yalnız yeddisi müdafiə xərclərini ÜDM-in 2 faizinə çatdırmaq tapşırığını yerinə yetirib.