Donald Tramp tərəfdaşlarını hədələdi
    • 12-07-2018, 15:08
    • 961

Donald Tramp tərəfdaşlarını hədələdi

ABŞ Prezidenti Donald Tramp tərəfdaşlarını NATO-dan çıxmaqla hədələyib.

Bunu Almaniyanın "dpa" agentliyinə sammitdə iştirak edən və adının açıqlanmasını istəməyən mənbələr bildirib.

"Əgər Alyansa üzv dövlətlər müdafiə xərclərini dərhal Ümumi Daxili Məhslun 2 faizinə qədər qaldırmasalar, amerikalılar öz maraqlarına uyğun olaraq iş aparacaqlar", - D.Tramp Brüsseldə NATO sammitində vurğulayıb. 

Qeyd edək ki, Almaniya müdafiə xərclərini Vaşinqtonun tələb etdiyi həcmdə artırılmasına vəd verməkdən imtina edib. Rəsmi Berlin müdafiə xərclərini 2024-ci ilə qədər ÜDM-in 1,5%-nə qədər artırmağı planlaşdırır.

//Report