Avtobus qəzaya uğradı, futbolçu öldü
    • 26-06-2023, 15:30
    • 152

Avtobus qəzaya uğradı, futbolçu öldü

Vyetnamın “Quanqnam” komandasının gənclərdən ibarət komandasının avtobusu qəzaya uğrayıb. Nəticədə bir futbolçu ölüb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Vyetnam Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Avtobus ikinci divizionda keçirilən matçından sonra geri qayıdarkən qəza törədib. Qəzada ölən futbolçunun ailəsinə 50 min donq (təxminən 23,5 min dollar) ödəniləcək.

Asiya Futbol Konfederasiyası faciə ilə bağlı başsağlığı verib. “Asiya futbol ailəsi Vyetnamda “Quanqnam” futbol klubunun oyunçuları ilə baş verən faciəvi hadisədən kədərlənir. Təşkilat həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - açıqlamada deyilir.