İranda sərhədçi öldürüldü
    • 27-06-2023, 11:31
    • 153

İranda sərhədçi öldürüldü

Saravan sərhədindən İrana daxil olmaq istəyən qrupla silahlı qarşıdurmada bir iranlı sərhədçi öldürülüb.

News24.az xəbər verir ki, bu barədə “Tasnim” Sistan və Bəlucistan Sərhəd Mühafizəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ötən gecə terror qruplaşması ölkə ərazisinə daxil olmağa cəhd edib. Nəticədə qruplaşma ilə Saravan Sərhəd Alayının sərhədçiləri arasında toqquşma yaşanıb.

Toqquşma zamanı sərhədçi Həsən Qorzaei öldürülüb.

Sözügedən ərazi Pakistanla sərhəddə yerləşir./APA/