İranda etiraz aksiyaları zamanı 47 uşaq öldürülüb
    • 19-11-2022, 20:56
    • 361

İranda etiraz aksiyaları zamanı 47 uşaq öldürülüb

Məhsa Aminin ölümü ilə nəticələnən etirazların dağıdılması zamanı İranın güc strukturlarının əməkdaşları tərəfindən azı 378 nəfər, o cümlədən 47 uşaq öldürülüb.

News24.az xəbər verir ki, bu barədə İranın İnsan Haqları təşkilatının direktoru Mahmud Əmiri-Müqəddam “Agence France-Presse” (AFP) agentliyinə bildirib.

“16 sentyabrdan bu günə kimi 47-si uşaq olmaqla azı 378 etirazçı repressiv qüvvələr tərəfindən öldürülüb”, - o vurğulayıb.

Qeyd edilir ki, son günlər ölənlərin sayı daha 36 nəfər artıb.

İranın Pakistanla cənub-şərq sərhədində yerləşən Sistan-Bəlucistan əyalətində azı 123 nəfər, Kürdüstan və Tehran əyalətlərində 40, Qərbi Azərbaycan vilayətində isə 39 nəfər həlak olub.

Təşkilat rəhbəri BMT-nin İnsan Haqları Şurasının gələn həftə keçiriləcək iclası ərəfəsində rejimin yalançı təbliğat kampaniyası aparması barədə də xəbərdarlıq edib.

"Onların iki məqsədi var, öldürülən nümayişçiləri İŞİD kimi terror qruplarına aid etmək", - Mahmud Əmiri-Müqəddam bildirib.

Qeyd edək ki, digər məlumatlarda İranda öldürülən etirazçıların sayınını 400 nəfəri keçdiyi bildirilir. Güney Azərbaycanın da bir çox şəhərlərində geniş vüsət alan etirazlarda indiyədək 402 nəfər həlak olub.