ABŞ-dan Bayramov-Mirzoyan görüşü ilə bağlı AÇIQLAMA
    • 6-06-2023, 13:02
    • 418

ABŞ-dan Bayramov-Mirzoyan görüşü ilə bağlı AÇIQLAMA

“Görüşün dəqiq tarixini deyə bilmərəm, lakin bu ayın sonunadək Vaşinqtonda danışıqların daha bir raundunun keçiriləcəyi gözlənilir”. 

News24.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel brifinqdə dövlət katibi Entoni Blinkenin gələn həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı qəbul etməyə hazırlaşdığı barədə məlumatlara istinadən bildirib.

“Biz bu ayın sonunda Vaşinqtonda danışıqların növbəti mərhələsini gözləyirik, çünki tərəflər Cənubi Qafqaz regionunda dinc gələcək qurmaq üçün səylərini davam etdirirlər. Əvvəllər dediyim kimi, birbaşa dialoq problemlərin həlli, davamlı və ləyaqətli sülhə nail olmaq üçün açardır. ABŞ Ermənistan və Azərbaycan arasında danışıqların müxtəlif məkanlarda, o cümlədən son liderlərin görüşündə getməsindən məmnundur”, - Patel bildirib.

Qeyd edək ki, danışıqların növbəti raundu çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Vaşinqtonda görüşəcəklər. İyunun 12-də müzakirələr başlayacaq.

Akqabay