İspaniya və Fransada erməni cinayətkar qruplaşmasının üzvləri saxlanılıb
    • 29-06-2023, 01:50
    • 195

İspaniya və Fransada erməni cinayətkar qruplaşmasının üzvləri saxlanılıb

İspaniya və Fransada erməni cinayətkar qruplaşmasının üzvləri saxlanılıb.
 
News24.az xəbər verir ki, bu barədə “Europol” (Avropa İttifaqının polis xidməti - red.) məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan və Gürcüstan vətəndaşlarından ibarət olan cinayətkar qruplaşmanın 28 üzvünün həbs edilib.

Qeyd olunub ki, Europol ilə Fransa Milli Polisi və İspaniya Milli Polisinin birgə əməliyyatları nəticəsində reketlik, hədə-qorxu ilə pul tələb etmək və çirkli pulların yuyulması ilə məşğul olan cinayətkar şəbəkənin ifşa olunması üçün əməliyyat tədbirləri həyata keçirilib.

İlkin araşdırma zamanı məlum olub ki, cinayətkar şəbəkə müxtəlif malların oğurluğu və satışı, siqaret qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə məşğul olub.

Fransa və İspaniyada həyata keçirilən silsilə axtarış əməliyyatları zamanı 38 evdə cinayətkar dəstənin başçıları da daxil olmaqla, 28 nəfər həbs edilib.

Həmçinin o da əlavə olunub ki, cinayətkar şəbəkənin rəhbərləri bundan əvvəl adam öldürməyə cəhdə görə axtarışda olub.