Nigeriyada terror hücumları: 34 nəfər ölüb
    • 23-03-2022, 17:14
    • 2 133

Nigeriyada terror hücumları: 34 nəfər ölüb

Nigeriyanın şimal-qərbində yerləşən Kaduna şəhərində hücumlar nəticəsində 2-si əsgər olmaqla 34 nəfər ölüb.

News24.az-ın xəbərinə görə, hücumlar ağır silahlı cinayətkar dəstələr tərəfindən həyata keçirilib.

Şəhərin 4 fərqli məkanında gerçəkləşdirilən hücumlarda cinayətkar dəstələr 200-dən çox evi dağıdıb və mağazaları yandırıb.
Kaduna şəhərinin hökuməti tərəfindən bir sutkalıq komendant saatı tətbiq edilib.

Qeyd edək ki, Nigeriya hökuməti bu cinayətkar dəstələri yanvar ayında rəsmi olaraq terrorçu elan edib.