Ukrayna İranı məhkəməyə verir
    • 29-06-2023, 21:49
    • 210

Ukrayna İranı məhkəməyə verir

Ukrayna və tərəfdaşları 2020-ci ilin yanvarında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin İran hərbçiləri tərəfindən vurulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı iddia qaldırır.

News24.az​​​ xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin dərc etdiyi PS752 Uçuş Qurbanlarına Yardım üzrə Beynəlxalq Koordinasiya Qrupunun birgə bəyanatında deyilib.

Qeyd edək ki, 2020-ci il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boinq 737-800" təyyarəsi Tehran hava limanından qalxdıqdan az sonra İran tərəfindən vurulmuşdu. Hadisə zamanı 176 sərnişin həlak olmuşdu.