-
- 9-01-2020, 10:03
- 1 279
Ukraynada BAYRAQLAR ENDİRİLDİ
Ukrayna Prezidenti Vladimir Zelenski, İranda Ukrayna təyyarəsinin qəzaya uğraması ilə əlaqədar 9 yanvar tarixini matəm günü elan edib.
News24.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Aparatının saytında məlumat verilib.
Ölənlərin xatirəsini ehtiramla yad etmək üçün imzalanan sərəncamda prezident dövlət orqanlarının, yerli idarəetmə orqanlarının, dövlət müəssisə, idarə və təşkilatların bina və quruluşlarına Ukraynanın dövlət bayraqlarının endirilməsini qərara alıb.
Vladimir Putin ukraynalı həmkarına başsağlığı məktubu göndərib. Rusiya lideri həlak olanların ailələrinə və dostlarına başsağlığı və dəstək sözlərini çatdırıb.
Qeyd edək ki, yanvarın 8-də Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737-800" təyyarəsi Tehran Hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra yanaraq qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfərin hamısı həlak olub.